Arı udan qadın ÖLDÜbackend

Arı udan qadın ÖLDÜ

Rusiyanın Saratov vilayətində yerli sakin təsadüfən arı udması nəticəsində ölüb. 

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, hadisə Qaqarinski rayonu Vyazovka kəndi yaxınlığında, “Enerji” bağçılıq qeyri-kommersiya firmasında baş verib.

Qeyd olunub ki, 40 yaşlı qadında anafilaktik şok yaranıb.

Məlumata görə, ona əvvəllər astma diaqnozu qoyulub. Qadın təcili yardım gələnə qədər dünyasını dəyişib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*