Arif Hacılı xəstəxanadan evə buraxıldı – VİDEObackend

Arif Hacılı xəstəxanadan evə buraxıldı - VİDEO

Açıq ürək əməliyyatı keçirən Müsavat Partiyasının başqanı Arif Hacılı xəstəxanadan evə buraxılıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə A.Hacılı özü məlumat yayıb.

“Səhhətimdə yaranmış bəzi problemlərlə əlaqədar bir müddət sizinlə ola bilmədim. Ancaq daim bu müddət ərzində ailə üzvlərimin, dostlarımın, silahdaşlarımın, Azərbaycanın vətənsevər insanlarının qayğı və diqqətini üzərimdə hiss etdim. Buna görə çox şadam. Bu müddət ərzində Azərbyacan Kardiologiya İnstitutunda müayinə olundum. EGE Hospitalda açıq ürək əməliyyatı, dördqat əməliyyat keçirildi. Əməliyyat uğurlu oldu. Bu müayinəni aparan Kardiologiya İnstitutunun, EGE Hospitalın rəhbərliyinə, tibbi personalına, həkimlərə, xüsusilə əsas ürək cərrahım Seymur bəyə, Emil bəyə, anju əməliyyatımı həyata keçirən Şəmşir bəyə, çoxsaylı tibbi personal əməkdaşlarına, tibb bacılarına minnətdarlığımı bildirirəm. Müəyyən müddət müalicə olunacağam. Yəqin ki, Allahın izni ilə, yaxın vaxtlarda sizinlə birlikdə olacağıq. Hər kəsə uğurlar arzulayıram. Bu günlər ərzində mənimlə maraqlanan, haqqımda yazan, məni düşünən hər kəsə təşəkkürümü bildirirəm”, – o deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*