“İlham Əliyev ATƏT-in Minsk Qrupu həmsədrlərini qovduqdan sonra Baş nazir Nikol Paşinyanın komandasına bildirdi ki, onların Bakı ilə dialoqa ehtiyacları var. Azərbaycanın belə bir dialoqa ehtiyacı yoxdur”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasının katibi Arman Abovyan dekabrın 14-də parlamentdəki jurnalistlərə müsahibəsində bildirib.
O, qeyd edib ki, “İqtidar Azərbaycanın dialoqa başlamaq üçün hansı şərtlər qoya biləcəyi üzərində baş sındırır. Azərbaycanla Türkiyə isə panturan zonası yaratmaq barədə yollar cızır. Bu layihə reallaşacağı təqdirdə Ermənistan xəritədən silinməlidir”.
Deputat əlavə edib ki, “Türkiyə tərəfi öz ordusunun sülhməramlılar adı altında faktiki “Artsax” sərhədinin bütün ərazisinə yerləşdirilməsini qanuniləşdirməyə çalışır. Eyni zamanda, Türkiyə tərəfi bunu Rusiya sülhməramlılarına yardım kimi təqdim etməyə çalışır. Bütün bunlar Azərbaycan və Türkiyənin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlardan qəti şəkildə imtina etməsi fonunda baş verir”.
KONKRET.az