Armen Badalyan: “Ermənistan sözdə demokratik ölkədir, amma real həyatda yox”backend

Armen Badalyan: "Ermənistan sözdə demokratik ölkədir, amma real həyatda yox"

KONKRET.az siyasi texnoloq Armen Badalyanın fikirlərinə istinadən xəbər verir ki, bu ölkənin Milli Məclisi indiki hakim siyasi sistemdə əhəmiyyətli rol oynamayan bir qurumdur.

Onun sözlərinə görə, Milli Məclisin deputatları birbaşa işlərlə məşğul olmaq əvəzinə, bir-birlərinə qarşı ancaq ittihamlarla çıxış edirlər: “Milli Məclis Ermənistanın siyasi sistemində əhəmiyyətli rol oynamayan bir orqandır və orada həll ediləcək məsələlər praktiki olaraq yoxdur”.

Politoloqa görə, ölkədə əsas məsələ Baş nazir tərəfindən həll olunur. Milli Məclis Baş nazir üçün lazım olan qərarları qəbul edən bir orqana çevrilib.

“Buna görə də onun roluna və fəaliyyətinə bu qədər əhəmiyyət verməyin mənası yoxdur”, – deyə ekspert bildirib.

Armen Badalyanın fikrincə, ciddi məsələlər parlamentdə müzakirə olunmur və müzakirə edilə bilməz, çünki Ermənistanın parlamentdə müzakirə ediləcək müsbət inkişaf gündəliyi yoxdur.

Ermənistan artıq parlament ölkəsi olsa da, politoloq vurğulayır ki, bu, de-yure belədir. “Amma de-fakto ölkədə avtokratiya hökm sürür, yəni Ermənistanda bütün məsələləri bir nəfər həll edir. “

Onun sözlərinə görə, Konstitusiyaya və sənədlərə görə Ermənistan demokratik ölkədir, amma real həyatda – yox, əslində indi eyni ənənə davam edir, yeni bir şey yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*