Armen Qriqoryan: “Erməni xalqı bəzi məsələlərdə qərar verməkdə çox acizdir”backend

Armen Qriqoryan: "Erməni xalqı bəzi məsələlərdə qərar verməkdə çox acizdir"

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan miflərin qucağında qalmaqda davam edir. Və revanşizm xəyallarında vaxt və qaynaqlarını itirə-itirə gedir. Erməni mediası millətçi mifləri təşviq edir, bu sərsəm ideyanın yaradıcılarına son dərəcə dözümlülük göstərir və yeri gəldikcə dəstək olur. Ermənistanda televiziya xəbərləri özəl informasiya televiziya kanalı “A1 Plus”un yayımının dayandırıldığı 2000-ci illərdən bəri ən ciddi nəzarət altındadır. Çox təəssüf ki, Ermənistan mətbuatı nasistlərin təsiri altındadır. Bəs bu nasistlərin məqsədi nədir?

  1. Sözdə erməni milli ideologiyası;
  2. Tərəfdarları qələbə və məğlubiyyətdən yorulmamağa çağırmaq, yəni “bu hər şeyin sonu deyil”:
  3.  Ermənilərin irqi üstünlüyü barədə “Njdeizm” ideologiyası;
  4.  Ermənistan ordusunun yenilməzliyi, “Azərbaycan axmaqlığı”, ermənilərə qeyd-şərtsiz dəstək verməli olan Rusiya haqqında miflər;
  5. “Qədim Ermənistan”ın bütün ərazisi üzərində Ermənistanın suverenliyinin bərpası;

Ona görə də ağlı başında olan insan bu hədəfin xülya olduğu və heç bir reallığa çevrilmək şansının olmadığını anlamalıdır. Ancaq Ermənistanda insanları “tarixi ədalətə” istiqamətləndirən, hər kəsi bu yolda xüsusi bir siyasi əhəmiyyətə malik olduğuna inandırmağa çalışan bütöv bir təbliğat sənayesi yaradılıb. Bu nasistlər erməni soyqırımının kifayət qədər ölkələr tərəfindən tanınmasının Ermənistan ərazilərinin geri qaytarılmasına töhfə verəcəyini iddia edirlər. Reallığın özünü deyil, istəklərini və qərəzlərini əks etdirən bir yalanı təbliğ edirlər.

Ermənistan cəmiyyətində erməni mifləri mövzusunda demək olar ki, heç vaxt müzakirələr aparılmayıb.Yaratdıqları miflərin dağılması qorxusundan rasional mübahisələri elə metafizik səs-küylə qarşılayırlar ki, qarşı tərəf ən azı fiziki mövcudluğu üçün susmaq məcburiyyətində qalır. Məsələn, bir erməni vətənpərvərinə izah etməyə çalışırsınız ki, ölkənin ambisiyaları ölkənin imkanları ilə uyğun gələ bilməz. O həmən cavab olaraq Qaregin Njdedən sitat gətirir ki, “qələbəni ruhuna taxan insan hər zaman qalib gəlir”.

Müharibədən bir neçə gün sonra görkəmli “politoloqlardan” biri məğlub əsgəri əfsanə əsgərin prototipi kimi elan etdi. “Nə deməsi lazım idi? Erməni əsgərinin heç bir epik əfsanə yaratmadığını? Bütün siyasi mübahisələrimiz axmaq iddialarla doludur. Lakin hər şey ağıllı Ermənistan liderlərinin iradəsindən asılıdır”.

Cəmiyyətin müəyyən dairələri ideoloji və mədəni ambisiyaları qızışdırmaqda maraqlıdır: “Erməni məsələsi” bir çox insanlar üçün əlverişli biznesdir. Belə adamlara iqtisadi dillə anlatmaq istəyirəm ki, istehsal etdiyin məhsulu nə qədər tərifləsən də, alıcı onun keyfiyyətinə baxacaq. Yaxşı biznes tərifdən yox, rəqabətqabilliyyətli məhsuldan keçir. Bu səbəbdən erməni ideoloqlar hər hansı fikir ayrılığı ifadəsinə və ya hətta rəqabət göstərişlərinə qarşı çox dözümsüz və qəddardırlar. Buna görə də oyunu qaydalarına uyğun oynamırlar. Elmi və intellektual mübahisə üçün açıq deyillər.

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə gəlincə, səbəb əvvəllər rəhbər tutulan fikirlərdən və miflərdən imtina edilməsinin dərk olunması idi. Məğlubiyyətlər daşlaşmış qurumların, təşkilatların və bürokratik sistemlərin təməllərini sarsıdır. Amma mifik millətçilər həm Ermənistanda, həm də dünyadakı erməni diasporlarında çox güclüdür. Bu miflər nəhəng maddi inyeksiya ilə güclənir. Tez assimilyasiya üçün onlar emosional səviyyədə erməni xalqına təqdim olunur. Qurum və fondların mexanizmləri millətçi mifologiyanı yayanların əlində cəmləşdiyi üçün erməni xalqı bəzi məsələlərdə qərar verməkdə çox acizdir.

 Armen Qriqoryan – siyasi analitik, ABŞ-ın Lixysk Universitetinin professoru.

“Media.am” üçün.

Tərcümə etdi: Surxay Atakişiyev

KONKRET.az

  • Zamina Elturan
    Dekabr 18, 2020 - 11:52

    Acizdi?Taleyin həvalə etsin Azərbaycana.Yerevanı da almaq lazımdı.Rədd olub getsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*