Arşakyan Paşinyanı TƏNQİD ETDİ: “Ermənistanın “Artsax”a vaxtı yoxdur, İrəvan Yeni il şənliyinə hazırlaşır”backend

Arşakyan Paşinyanı TƏNQİD ETDİ: “Ermənistanın “Artsax”a vaxtı yoxdur, İrəvan Yeni il şənliyinə hazırlaşır”

Ermənistanın “Artsax”a artıq vaxtı yoxdur. İrəvan “Artsax”ı taleyin ümidinə buraxıb. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatı aydın şəkildə göstərir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:

“Əslində, ölkəmizin siyasi iyerarxiyasında yer alan ikinci şəxs Ermənistanın sülh müqaviləsi üzərində işlədiyini deyir: “Biz Azərbaycandan sülh müqaviləsinin variantını almışıq, onun üzərində işləyirik ki, yaxın vaxtlarda görüş təşkil edək. Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün bütün səylərini nümayiş etdirəcək”. Beləliklə, indi hər şey aydın olur. Ermənistan həqiqətən də uduzan tərəfdir və kapitulyatordur. Azərbaycanla sülh müqaviləsi imzalamaqla Ermənistan faktiki olaraq “Artsax”dan imtina edir” – erməni analitik vurğulayıb.

“Ermənistan hökumətinin yeganə fikiri ondan ibarətdir ki, “Artsax” guya Rusiya sülhməramlılarının məsuliyyət zonasıdır. Ona görə də orada əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə sülhməramlılar məşğul olmalıdırlar. Ermənistan hakimiyyəti ancaq vəziyyəti ürək ağrısı ilə izləyə biləcəyini bəyan edir. Maraqlıdır, hakimiyyət nə vaxt belə bir qərara gəlib? 2020-ci il müharibəsindən əvvəl, yoxsa sonra? Əgər əvvəl belə bir qərara gəlibsə, o zaman əbəs yerə verilən bütün bu qurbanlar nəyə lazım idi? Ancaq indi Paşinyan hökuməti həqiqətən də “Artsax”la maraqlanmır. Başları daha çox yeni il bayramına qarışıb. Ölkənin bütün şəhərlərində bayram işıqlandırması həyata keçirilir, İrəvandakı “Respublika” meydanında Yeni il ağacı quraşdırılıb, konsertlər, musiqi və Milad bazarları təşkil edilir. Görünən odur ki, hakimiyyət üçün dövlətin məğlubiyyəti və minlərlə qurbanın verilməsi heç bir əhəmiyyət kəsb etmir” – Tevos Arşakyan bildirib.

“Yerablurun yanından keçərək həsrətlə həlak olan əsgərlərin məzarlarına baxıram. Əgər hakimiyyət əvvəlcədən “Artsax”ın təslim olmasına hazırlaşırdısa, o zaman bu qədər insanı ölümə göndərmək nəyə lazım idi? Onlar nə üçün öldülər? Anna Akopyan, Armen Qriqoryan, Nikol Paşinyan, Ovik Ağazaryan kimi adamlar etiraf etsinlər ki, bunlar əbəs yerə verilən qurbanlar olub. Nə isə, əsas odur ki, qarşıda bizi genişmiqyaslı Yeni il şənlikləri və tamaşalar gözləyir” – deyə Arşakyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*