Artan münaqişələr fonunda Azərbaycanın logistik əhəmiyyətibackend

Artan münaqişələr fonunda Azərbaycanın logistik əhəmiyyəti

“Rusiya-Ukrayna müharibəsi 3 ildən çoxdur ki, davam edir. Belə bir şəraitdə beynəlxalq yükdaşımalarda Azərbaycanın əhəmiyyəti ciddi şəkildə artmış oldu. Nəticə etibarı ilə beynəlxalq yükdaşımalarda təmsil olunan dövlətlər üçün təhlükəsiz və sabit logistika yollarının, marşurtların olması olduqca vacibdir. Bu səbəbdən, son zamanlar Azərbaycan üzərindən keçən “orta dəhliz” konsepsiyasının əhəmiyyəti ciddi şəkildə artır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. O, bildirib ki, bu kimi layihələr Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır:

“Bəli, Rusiya-Ukrayna müharibəsi 3 ildən çoxdur ki, davam edir. Belə bir şəraitdə beynəlxalq yükdaşımalarda Azərbaycanın əhəmiyyəti ciddi şəkildə artmış oldu. Nəticə etibarı ilə beynəlxalq yükdaşımalarda təmsil olunan dövlətlər üçün təhlükəsiz və sabit logistika yollarının, marşurtların olması olduqca vacibdir. Bu səbəbdən, son zamanlar Azərbaycan üzərindən keçən “orta dəhliz” konsepsiyasının əhəmiyyəti ciddi şəkildə artır. Bunun nəticəsidir ki, bir sıra dövlətlər məhz “orta dəhliz” konsepsiyasına xüsusi önəm verirlər. Bu konsepsiyanın reallaşması Azərbaycan üzərindən keçən marşurtların işlək vəziyyətdə və təhlükəsiz şəkildə istifadə edilməsi ilə nəticələnir. Nəzərə alsaq ki, Bakı-Tiblisi-Qars dəmiryolu, Ələt Beynəlxalq Dəniz Limanı və açılan çoxsayılı hava limanları faktiki olaraq, beynəlxalq logistika layihələrinin reallaşdırılması üçün çox əlverişli bölgəyə çevirir. Rusiya-Ukrayna, İran-İsrail arasında olan müharibə və münaqişələr bizə çox yaxın olan ərazilərdə baş verir, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq yükdaşımalar səviyyəsində həyata keçirdiyi layihələrin işlək vəziyyətdə saxlanmasıda, onların imkanlarının artırılmasında özünü biruzə verməkdədir. Bu, təbii ki, ölkənin artan nüfuzundan xəbər verir. Dövlətlər bu tipli missiyaların icra edilməsində Azərbaycana xüsusi ehtiyacın olduğunu bildirirlər. Nəticədə Azərbaycan üçün yeni imkanlar açılır”.

Millət vəkili qeyd edib ki, bu, Azərbaycan iqtisadiyyatı üçün olduqca böyük həcmdə kapital axını deməkdir:

“Təbii ki, İran-İsrail qarşıdurması və bu qarşıdurmanın hərbi toqquşmalar səviyyəsində özünü biruzə verməsi, şimal-cənub dəhlizini müəyyən dərəcədə arxa plana ata bilər. Şimal-cənub dəhlizinin avtomobil yolları üzrə olan seqmentinin işlək vəziyyətdə saxlanması həm İran, həm də Rusiya üçün olduqca vacibdir. Bu baxımdan, Azərbaycan mümkün imkanlarını bu məsələdə səfərbər edir ki, beynəlxalq yükdaşıma layihələri işləsin. Çin və Qərbi əlaqələndirən logistik daşımaların təhlükəsiz və əlverişli şəkildə həyata keçirilməsi olduqca vacib bir məsələdir. Azərbaycan bu prosesə öz töhfəsini verməkdədir. Bu, Azərbaycan iqtisadiyyatı üçün olduqca böyük həcmdə kapital axını deməkdir. Biz bir məsələni də yaddan çıxarmayaq ki, beynəlxalq yükdaşımaların həcminin artırılması eyni zamanda ona uyğun infrastrukturun olmasını tələb edir. Bu baxımdan, xüsusən yükdaşıma qabiliyyətinin artırılması, daşınan yüksəklərin daha qısa zaman kəsiyində təyin olunan ünvana çatdırılması üçün Azərbaycan zəruri infrastrukturlar yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*