“Artıq böyük güclər dövlətləri, xalqları və onların imkanlarını ələ keçirməyə çalışırlar” – ABŞ-da baş verən terror aktının görünməyən tərəfləribackend

“Artıq böyük güclər dövlətləri, xalqları və onların imkanlarını ələ keçirməyə çalışırlar” -  ABŞ-da baş verən terror aktının görünməyən tərəfləri

Bu gün son dərəcə önəmli, üzərində düşünülməsi və dərs çıxarılması, həmçinin araşdırılması son dərəcə əhəmiyyətli olan tarixi bir hadisənin ildönümüdür. Çünki bu gün 2001-ci ilin 11 sentyabrnda ABŞ-da baş verən terror aktınının üzərindən 20 il ötür.

Bəs, bu tarixi hadisəni necə şərh etmək olar?

Hadisə ilə bağlı maraqlı məqamları KONKRET.az-a dəyərləndirən türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağarın sözlərinə görə, hadisədən dərhal sonra Əfqanıstan və İraqı işğal edən ABŞ Prezidenti Corc Buş cavab hücumu olaraq “Dini savaş-səlib yürüşü” keçirdiyini bütün dünyaya elan etmişdi: “Dediyi kimi, bu, torpaq müharibəsi deyildi, bu, teoloji, konseptual-mücərrəd bir müharibə idi. Bəs, bu müharibə hansı nəticələr verdi? Təbii ki, böyük fəlakətlər, dağıntılat, ağrı, aclıq, yoxsulluq, cəhalət və düşmənçilik”.

“Ona görə də İslam coğrafiyası indi daha gərgin, daha narahat, daha parçalanmış, daha travmatik və radikallığın girdabındadır. Ona görə də dünya radikal, ideoloji, siyasi, İslamçı modellərlə düşmənlik edən və rəqabət aparan hər cür icma və məzhəblərlə doludur. Artıq böyük güclər dövlətləri, xalqları və onların imkanlarını ələ keçirməyə çalışırlar. Bəzi coğrafiyalarda məzhəb gərginliyi, məzhəb düşmənçiliyi, məzhəb savaşları geniş şəkildə yayılmağa davam edir. Region ölkələri bir-birlərinə əvvəlkindən daha çox düşmənçilik edirlər. Müsəlman olduqlarını iddia edən məzhəblər və ideologiyalar bir-birlərinə kafir, bidətçi, mürtəd olmaqda ittiham edir, bir-birlərinə cihad elan edir, bir-birlərini öldürür və ən azından şiddətə məruz qoyurlar”-deyə, türkiyəli ekspert səsləndirib.

Onun sözlərinə görə, bu hadisədən dərhal sonra müxtəlif güc mərkəzləri, təşkilatlar, silahlı strukturlar və terror təşkilatları İslam dininin adı altında ortaya çıxmağa başladı: “Hər biri də öz yolunda haqlı olduğunu bildirərək, digərlərini ittiham etməyə başladı. Əlbəttə ki, imperialist ruhaniyənin “islamofobiya” adı altında qazandığı və İslamın işıqlandırmaq istədiyi cəmiyyət-dövlət arasına qoyduğu qanlı səngərlər var. Əslində, bütün bunlar Allahın istədiyi kimi müsəlman ola bilmədiyimiz üçün baş verdi və Buş, Obama, Tramp və Bayden – hər biri bu ideologiyanın davamçısı kimi özlərini təsdiq ediblər. Bunu da “bizimlə”, yəni, batil inanclarımızla, cahilliyimizlə, dini inhisarlarımızla birlikdə ediblər”.

“Təbii ki, bütün bunlar da din və ağıl, elm və həqiqət, ədalət və vicdan, bir sözlə, xidmət etməli olduğumuz bilik və güc aspektlərini bir araya gətirə bilmədiyimiz üçün, İslami imicə malik ambisiyalar, maraqlar, xurafatlar və cəhalətin arxasınca getdiyimiz üçün baş verir. Çünki biz 6000 illik möhtəşəm bir dövlət zəkasına və 1400 illik İslam şüuruna sahib olduğumuz halda, bunların mükəmməliyini və əhəmiyyətini dərk edə bilmirik. Hətta, belə olan halda, hələ də “ABŞ-ın qaçdığını”, “Qərb imperializminin məhv olduğunu” deyirik. Tarixin məhvi təkcə insanlarla deyil, həm də korrupsiya, müxtəlif cinayətlər, hər cür asimmetrik təhdidlər, hücumlar, ideologiyalardan sui-istifadə etməklə baş verir. Üzləşdiyimiz teoloji və konseptual təhdidləri görə biləcəyimizi, problemin konseptual və teoloji həllərini tapıb, tətbiq edəcəyimizi ümid edirəm. Yalnız bundan sonra ümidlərimiz çiçək açacaq, insanlıq yenidən var olacaq”-deyə, Ağar fikrini yekunlaşdırıb.

Mərahim Nəsib,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*