Artıq cinayətkarları onlar da saxlaya biləcək – Mühüm yenilikbackend

Artıq cinayətkarları onlar da saxlaya biləcək – Mühüm yenilik

Dekabrın 9-da Milli Məclisdə Daxili Qoşunlarla bağlı qanun layihələri müzakirə edilib. Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinin əsas prinsipləri müəyyənləşdiriləcək. Buna əsasən, həm də Daxili Qoşunların vəzifələri artırılır.

Yeni qanun layihəsi nədən ibarətdir?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, yeni qanun layihəsində çox mühüm məsələlər öz əksini tapır:

“Layihədə vətəndaşların konstitusion hüquq və azadlıqlarına hörmət, Daxili Qoşunların vahid, mərkəzləşdirilmiş idarəetməsi, hərbi quruculuq tədbirlərinə, fəaliyyətinə nəzarətin gücləndirilməsi, döyüş və səfərbərlik hazırlığının daha yüksək səviyyəyə çatdırılması kimi əsas istiqamətlər vurğulanır. Eyni zamanda döyüş potensialının müasir texnika və vasitələrin tətbiqi ilə artırılması, texniki bazanın davamlı yenilənməsi nəzərdə tutulur”.

Artıq cinayətkarları onlar da saxlaya biləcək – Mühüm yenilik

Ədalət Verdiyev

Ekspert bildirib ki, layihə ilə Daxili Qoşunların şəxsi heyətinə yeni funksiyalar da verilir:

“Qəbul ediləcək qərardan sonra Daxili Qoşunlar cinayət törətmiş, şübhəli bilinən və barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsləri saxlaya biləcək. Həmçinin axtarışda olan və cəzaçəkmə müəssisələrindən qaçmış şəxslərin tutulması, eləcə də terror əleyhinə xüsusi əməliyyat zonalarında hüquqi rejimi pozan şəxslərlə mübarizə səlahiyyətləri onlara həvalə olunur. Ümumilikdə, qanun layihəsinin qəbulu ölkə ərazisində təhlükəsizliyin təmin edilməsinə və vətəndaşların konstitusion hüquqlarının qorunmasına ciddi töhfə verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*