“Artsax”ın müstəqilliyinin tanınması ehtimalı yoxdur” – Armen Baqdasaryanbackend

“Artsax”ın müstəqilliyinin tanınması ehtimalı yoxdur” – Armen Baqdasaryan

“Artsax”ın müstəqilliyinin tanınması ehtimalı yoxdur. Hərçənd bəzi rəsmilər status məsələsinin hələ həll olunmadığını desələr də, mən buna inanmıram”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri politoloq  Armen Baqdasaryan səsləndirib. O bildirib ki, indi “Artsax”ın statusunun müəyyən edilməsi ətrafında ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların bərpası üçün əlverişli məqam yarana bilər. Vəziyyət aydınlaşana qədər Ermənistan tərəfi “Artsax”ın ən azından müvəqqəti statusa malik olması üçün hər şeyi etməyə çalışmalıdır” – deyə Baqdasaryan öz xəyal dünyasında sərsəmləyib.

Erməni politoloq ABŞ-ın Ermənistandakı səfiri  Linn Treysinin “Dağlıq Qarabağdakı son müharibənin nəticələrinin aradan qaldırılmadığı və münaqişənin həll edilmədiyi” haqda fikirlərini dilə gətirib. Səfir bildirmişdi ki, status məsələsi həllini tapmadığından, “Qarabağ münaqişəsi həll olunmayıb.

Amma Baqdasaryanın açıqlamasının bir erməni politoloqunun xəyal fikirlərindən başqa bir şey olmadığı gün kimi aydındır. Çünki Azərbaycan Qarabağı düşməndən azad edib və status məsələsi isə birdəfəlik bağlanıb. Bu reallığı dəyişdirməyə isə nə ABŞ, nə Rusiya nə də başqa bir qüvvə qadir deyil. Ermənistan isə artıq məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bir dövlətdir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*