“Artsax”da dördüncü gündür ki, ölüm-dirim mübarizəsi gedir. Özünü erməni hesab edən hər kəs soydaşlarımızın taleyinə biganə qala bilməz”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan öz facebook səhifəsində yazıb.
“Oturaq aksiya iştirakçılarına dəstəyimi bildirmək üçün BMT ofisinə getdim. Oğlunu müharibədə itirmiş kədərli qadınla rastlaşdım. Ətrafdakılar onu həyəcanla dinləyirdi, üzlərində də güclü hiddət ifadəsi var idi. BMT ofisinə fəvvarələr olan parkdan keçdim, Respublika meydanından qayıtdım. Bəs burada nə gördüm?… Parkda bayram ab-havası var idi, şən musiqi səslənir, bəzədilmiş piştaxtalarda canlı ticarət gedirdi. Meydanda əyləncə hökm sürürdü, Şaxta baba, nağılların digər qəhrəmanları, bayram musiqisi və minlərlə, axmaq gülümsəyən gözlərlə, ağızlarında siqaretlə əylənirdilər”, – deyə İşxanyan yazıb.
Günel Mikayılova,
KONKRET.az