Artur Xaçatryan: “Siz daha betərini gözləyin!”backend

Artur Xaçatryan: “Siz daha betərini gözləyin!”

“Paşinyan hökuməti başa düşür ki, Ermənistanın başı üzərində qara buludlar var və Ermənistanın bu hökuməti nə qədər daha çox güzəştə getmək istəyindən danışsa da, Əliyevin tələbləri bundan az deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan bildirib. O daha sonra deyib:

“Təsadüfi deyil ki, təkcə son bir neçə gündə Azərbaycan lideri daha iki yeni tələbdən danışıb. Məhz bu vəziyyətdə hakimiyyət anlayır ki, Qərb uzaqdadır, MDB və İran yaxındır. İndi onlar petisiya ilə MDB-yə müraciət etməyə çalışırlar… Türkiyə və Azərbaycan Ermənistanın məhv edilməsi tələbini irəli sürüblər.

Paşinyanın siyasəti Ermənistanı uçurumun kənarına gətirib, çünki Qarabağdan sonra Azərbaycanın Ermənistana qarşı müharibə təhlükəsi bitməli idi, lakin bu baş vermədi.

Deməli, bu hakimiyyət Ermənistanı yandırıb, siz daha betərini gözləyin!”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*