Artur Xaçatryandan HƏYƏCAN TƏBİLİ – “Dəhşətli təhlükə ilə üz-üzəyik”backend

Artur Xaçatryandan HƏYƏCAN TƏBİLİ - "Dəhşətli təhlükə ilə üz-üzəyik"

“Yalnız siyasi deyil, həm də dərin bir dövlət böhranı ilə üz-üzəyik. Biz uğursuz bir dövlətin əsl təhlükəsi ilə qarşılaşırıq”.

KONKRET.az xəbər verir ki, bu fikiləri “İlk baxışdan” televiziya proqramına verdiyi müsahibədə Daşnaksütyun partiyasının fəal üzvü Artur Xaçatryan bildirib.

“Müharibədə döyüş əməliyyatları zamanı məğlub olduq və bu əhəmiyyətli bir uğursuzluqdur. Minlərlə qurbanımız var və səlahiyyətlilər müharibə bitdikdən bir ay sonra da həlak olanların sayını gizlətməyə çalışırlar. Bəzi anlaşılmaz, məntiqsiz rəqəmlər elan edilir və hər kəs bu rəqəmlərin daha yüksək olduğunu başa düşür. Şimalda yerləşən qoşunların da aqibəti aydın deyil. Status məsələsi qaranlıqdır, sonunda Dağlıq Qarabağ hansı statusa sahib olacaq, o bilinmir.

Cəmiyyətimizdə mənəvi aşınma var. Mütləq nihilizm baş alıb gedir, hər şey hamıya qarşıdır. Bir çoxları koronavirus epidemiyasının bitəcəyini və ölkəni tərk edəcəklərini söyləyirlər. Cəmiyyət daxilindəki böhran ən yüksək həddə çatıb”, – deyə Artur Xaçatryan həyəcan təbili çalır.

Artur Xaçatryana görə, dövlətin sosial-iqtisadi sahədə də problemləri var – inflyasiya artır, iqtisadi fəaliyyət göstəricisi getdikcə azalır.

“Dövlət istiqraz yerləşdirməyə çalışır, amma uğursuz olur. Yəni dövlət o qədər çətin bir vəziyyətdədir ki, 4 tranşda 2 milyard dram cəlb etməyə çalışır və bunu edə bilmir. Altı ay ərzində 500 milyon dram da yerləşdirə bilməyib. Çünki investorların bu hökumətə inamsızlığı var. Hayastan Ümumerməni Fondundan büdcəyə pul köçürmək məcburiyyətində qalırıq. Bunu necə əsaslandırırlar? Pulun “Artsax”a yönəldildiyini deyirlər. Bu adamlar kiminlə və niyə zarafat edir?! ” – deyə Artur Xaçatryan təəccübünü gizlətməyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*