Arutyunyan Paşinyandan küsdü: Məhkəmədə elə şeylər danışacaq ki…backend

Arutyunyan Paşinyandan küsdü: Məhkəmədə elə şeylər danışacaq ki…

Qarabağdakı keçmiş qondarma rejimin “müdafiə naziri” Cəlal Arutyunyan Ermənistanda barəsində verilən həbs qərarının dəyişdirilməməsinə görə qəzəblənib. 

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.

Nəşr yazır ki, 44 günlük müharibədə separatçılara rəhbərlik edən Arutyunyan həbsdə olduğu müddətdə səssiz qalıb, döyüşlərlə bağlı kritik informasiyalar verməyib. O, buna görə Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən təqdir ediləcəyini və bir müddət sonra barəsində çıxarılan hökmün yüngülləşdirilə biləcəyini düşünüb. Lakin son şikayət ərizəsinin geri çevrilməsi və həbs qərarının qüvvədə qalması Arutyunyana pis təsir edib. Erməni general artıq susmayacağını, bütün sirləri açacağını söyləyib. Hətta yaxın zamanda media orqanlarının birində hissə-hissə məqalələr yayımlayaraq baş verənləri ictimaiyyətə çatdıracağı deyilir.

Qeyd edək ki, Cəlal Arutyunyan Xocavənddə yerləşən Sor hərbi bazasına yanlış əmr vermə və nəticədə ərazinin Azərbaycanın nəzarətinə keçməsi, 20 erməni əsgərin öldürülməsində ittiham olunaraq barəsində 5 il həbs qərarı verilib.

Xatırladaq ki, general müharibənin əvvəlində Azərbaycan ordusunun PUA zərbəsi ilə yaralanıb. Hərbi cinayətkarın hərəkətdə olan maşını dronla vurulsa da, o, xilas ola bilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*