Arutyunyanın dostunu Moldovada öldürmək istəyiblər – GİZLİ PLANbackend

Arutyunyanın dostunu Moldovada öldürmək istəyiblər - GİZLİ PLAN

Tiraspol separatçıları bir neçə dəfə nümayəndə heyəti ilə Xankəndidə olublar

Moldovada qondarma Dnestryanı bölgənin başçısı Vadim Krasnoselskiyə sui-qəsd cəhdinin qarşısı alınıb. Musavat.com xəbər verir ki, bu barədə tanınmamış  respublikanın “Dövlət Təhlükəsizliyi Nazirliyi “ və “İstintaq Komitəsi” məlumat yayıb. Birgə məlumatda bildirilir ki, Ukraynanın xüsusi xidmət orqanlarının göstərişi ilə Dnestryanı ərazisində fəaliyyət göstərən iki şübhəli şəxsi saxlayıblar. Onlara Dnestryanı bölgəsinin dövlət orqanlarında işləyən məmurlara qarşı sui-qəsd törətmək əmri verilibmiş.

Müstəntiqlərin fikrincə, bu terror aktı Dnestryanın paytaxtı hesab olunan Tiraspolda törədilməli idi. Bu məqsədlə  cinayətkar dəstə partlayıcı dolu “Land-Lover” avtomobili hazırlayıblar. Terror hücumu Tiraspolun mərkəzində, böyük izdihamın olduğu yerdə həyata keçirilməli və avtomobil müəyyən edilmiş yerdə partlamalı idi. Hələ ki, terrorçulardan birinin adı məlumdur – bu, 1979-cu ildə Odessaya köçmüş Tiraspol sakini Vyaçeslav Kisniçandır.

Qondarma “respublikanın” “xarici işlər naziri” Vitali İqnatyev bildirib ki, Tiraspolda terror aktı üçün maddi-texniki vasitələr Ukraynada istehsal olunub. Onun sözlərinə görə, “söhbət təkcə partlayıcılardan ibarət deyil”. O, həmçinin bildirib ki, Dnestryanı hökümət məlumat üçün Kiyevə müraciət edəcək.

“İstintaq Komitəsi” iddia edir ki, şübhəliləri  bir sıra ağır və xüsusilə ağır cinayətlərdə ittiham etmək üçün kifayət qədər sübutları  var. Cinayətkar qrupun bütün üzvlərinin müəyyən edilərək ifşa olunması istiqamətində növbəti istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rəsmi Kişinyov da qondarma Dnestryanı hakimiyyət nümayəndələrinə qarşı sui-qəsdin hazırlanması ilə bağlı məlumatlara ehtiyatla reaksiya verib. Bildirilib  ki, Moldova hakimiyyətinin Dnestryanıda mümkün terror aktının hazırlanması barədə məlumatı yoxdur. Ukrayna Təhlükəsizlik Xidməti  də terror aktı hazırlamaq ittihamlarını təxribat adlandırıb.

Xatırladaq ki, fevralın sonunda Rusiya  Müdafiə Nazirliyi Kiyev rejiminin Dnestryanıya qarşı silahlı təxribat hazırlaması barədə məlumat vermişdi. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya  Kiyev rejiminin Dnestryanıya qarşı təxribatına adekvat cavab verəcək. Moldova Xarici İşlər Nazirliyi  də Ukrayna Silahlı Qüvvələrinin Moldova ilə dövlət sərhədində  ehtimal edilən təxribatları ilə bağlı yayılan xəbərləri reallıqdan uzaq adlandırıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən bir neçə gün əvvəl, 2020-ci ilin avqustunun sonunda  separatçı “Dnestryanı respublika”nın “paytaxtı” Tiraspolda “müstəqilliklə” bağlı tədbir keçirilib. Sözügedən tədbirdə Qarabağdakı separatçı qurumun “parlamentinin spikeri” Artur Tovmasyanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Qarabağ separatçılarının nümayəndə heyəti işğal illərində Tiraspola bir neçə dəfə səfər ediblər. Məlumata görə, Qarabağdakı erməni separatçılardan ibarət nümayəndə heyəti adətən, Ukrayna sərhədindən keçərək separatçı bölgəyə gedib. Tiraspol separatçıları da bir neçə dəfə nümayəndə heyəti ilə Xankəndidə olublar, Araik Arutyunla görüşüblər. İşğal illərində onlar İrəvan üzərindən dəfələrlə tanınmayan ” dqr”ə səfər ediblər.   Üstəlik, Moldova separtçıları Qarabağdakı bir neçə qanunsuz “referdum və seçkilərdə” “müşahidəçi” də olublar…//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*