“Arvadıma dedim ki, bax, seks kasetim çıxıb” – Muharrem İncebackend

“Arvadıma dedim ki, bax, seks kasetim çıxıb” - Muharrem İnce

Türkiyədə prezidentliyə keçmiş namizəd, Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce təbliğat-təşviqat dövründə “əleyhinə yönəlmiş qarayaxma kampaniyası barədə” danışıb.

KONKRET.az xəbər verir ki, o, seks kaseti skandalına aydınlıq gətirib.

“Arvadıma dedim ki, bax, seks kasetim çıxıb. Baxdı. Dedi ki, yox, bu sən deyilsən. Soruşdum ki, nədən bildin? Qayıtdı ki, birincisi, sən saat taxan deyilsən. İkincisi, sənin qoltuğun tüklü olmur”, – İnce söyləyib.

Xatırladaq ki, Muharrem İnce seçkilərin ilk turuna bir neçə gün qalmış namizədliyini geri çəkdiyini açıqlayıb. İkinci turda isə hər hansı namizədin xeyirinə çağırış etməyib.(Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*