Arvadından Makrona: Məni rahat burax, uğursuz…backend

Arvadından Makrona: Məni rahat burax, uğursuz...

Bricit Makron təyyarədə əri Emmanuel Makrona şillə vurandan sonra onu bədbəxt uğursuz adlandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Ekspress” nəşri yazıb.

Qəzet Hanoy hava limanında qalmaqallı şillədən sonra cütlüyünün dialoqunu tam şəkildə yenidən qurmağa çalışmaq üçün dodaq hərəkəti ilə danışığı oxuyan ekspertlərə müraciət edib.

Ekspertlər belə qənaətə gəliblər ki, Makron təyyarəni tərk edərkən həyat yoldaşına əl uzadıb, lakin o, təklifi rədd edib və belə deyib: “Məni rahat burax, bədbəxt uğursuz”.

Bundan sonra Makron “Gəl bir də cəhd edək, xahiş edirəm” deyib. Bricit isə ona “Yox” cavabını verib.

Cütlüyün arasındakı dialoq Makronun “Başa düşürəm” sözləri ilə bitib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*