Arvadını şöbədə qətlə yetirən polis GÖRÜN KİMİN OĞLU İMİŞ – YENİ MƏLUMATbackend

Arvadını şöbədə qətlə yetirən polis GÖRÜN KİMİN OĞLU İMİŞ - YENİ MƏLUMAT

Bu gün səhər saatlarında həyat yoldaşını öz tabel silahı ilə güllələyib öldürən polis əməkdaşı İsmayıl Məmmədov haqda yeni məlumat yayılıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, İsmayıl Məmmədovun atası Vaqif İsmayılov Birinci Qarabağ müharibəsi şəhididir. Vaqif İsmayılov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.

Məmmədovlar ailə əslən Xocalıdandır. İsmayıl Məmmədovun bir neçə il öncə polis sıralarına atası şəhid olduğu üçün götürüldüyü deyilir.

Xatırladaq ki, sentyabrın 30-da səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminimdə güllələyərək öldürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*