Arvadını və 8 aylıq qızını öldürən Fərid həbs olundubackend

Arvadını və 8 aylıq qızını öldürən Fərid həbs olundu

Abşeronda arvadını və körpəsini öldürərək intihara cəhd edən şəxs barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Bu barədə KONKRET.az-ın sorğusuna cavab olaraq Abşeron rayon prokurorluğundan bildirilib.

“İyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1993-cü il təvəllüdlü Fərid Hüseynli Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.

  • Aynur
    İyul 3, 2023 - 20:49

    Səbəb olaraq nə deyib?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*