“Arxaik refleks” – Fransızlar 40 il sonra yenidən ölüm hökmünün qaytarılması haqda danışırlar…backend

Arxaik refleks” - Fransızlar 40 il sonra yenidən ölüm hökmünün qaytarılması haqda danışırlar...

Fransanın ölüm cəzasını ləğv etməsindən 40 il keçməsinə baxmayaraqonun geri qaytarılması məsələsi hələ də müntəzəm olaraq ictimai müzakirələrdə gündəmə gəlir

KONKRET.az bu barədə BFM TV-nin saytına istinadla xəbər verir.

Kanalın müxbiri mütəxəssislərlə söhbət edərək  bunun niyə baş verdiyini və gilyotinin bərpasının prinsipcə mümkün olubolmadığını öyrənməyə çalışıb.

BFM TVnin saytı yazır kiqırx il əvvəl, 9 oktyabr 1981-ci ildə Fransada genişmiqyaslı tarixi hadisə baş vermişdi  – Fransa parlamenti ölkə ölüm hökmünün ləğv edilməsi haqqında qanunu təsdiqləmişdiSabah sizin sayənizdə Fransa məhkəmə sistemi öldürməyi dayandıracaq, – deyə həmin vaxt ədliyyə naziri olmuş Rober Badenter parlament üzvlərinə Sabah bizim ədliyyə tariximizin qanlı fəsli bağlanacaq” söyləmişdi

BFMin müxbiri deyir kigörünürdörd onillik keçsə də, Fransa bu səhifələri həqiqətən çevirməyibMəsələn, tanınmış jurnalist və prezidentliyə namizəd Erik Zemmur bu yaxınlarda ölüm cəzasının geri qaytarılmasının lehinə danışaraq, “fəlsəfi baxımdan” belə bir addımı dəstəklədiyini söyləyib və fransızların əksəriyyətinin onunla razılaşdığına əmin edib. Bundan əlavə, 2012-ci ilə qədər edam cəzasının geri qaytarılması Milli Cəbhənin (indiki Milli Birlik) proqramına daxil edilmişdi və 2017-ci il prezident seçkilərindən əvvəl partiyanın rəhbəri Marin Le Pen özünün seçkiöncəsi platformasına belə bir maddəni daxil etməsə də, bu mövzuda referendum keçirilməsinin mümkünlüyünü istisna etməmişdi.

Son sorğulara görə, ölüm cəzasının tərəfdarları arasında sağçı və çox ultrasağçı partiyaları dəstəkləyən seçicilər üstünlük təşkil edir: xüsusən, 2021-ci ilin avqustunda “İpsos” kompaniyası tərəfindən aparılan araşdırmada göstərildiyi kimi, Milli Birliyi dəstəkləyən vətəndaşlar arasında 80%-i edam cəzasının qaytarılmasının lehinə olarkən, Jan Lük Melanşonun “Fəth edilməmiş Fransa” auditoryası yalnız 29% təşkl edirdi. “Mövzu həqiqətən də sağa, xüsusən də ultrasağa mənsubiyyətini göstərən dəqiq siyasi bir markerdir, lakin bu, hamısının ölüm cəzasının tərəfdarı olduğu və solçuların mütləq buna qarşı çıxdığı anlamına gəlmir”, – deyə tarixçi Nikolya Pikar BFM TV-yə verdiyi müsahibədə vəziyyəti şərh edib.

Ümumiyyətlə, son illərdə Fransa cəmiyyətində ölüm cəzası mövzusunda fikirlər demək olar ki, bərabər bölünür – zaman -zaman keçirilən rəy sorğuları göstərir ki, respondentlərin təxminən 50%-i ildən-ilə müəyyən tərəüddüdlər olsa belə, bunun həm lehinə, həm də əleyhinədir. “Burada izdihamın psixologiyası ilə məşğul oluruq. Ölüm cəzası özünün yaranmasının ilk anından başlayaraq cinayətin pozduğu nizam-intizamı bərpa etmək məqsədini daşıyır. Belə vaxtlarda cəmiyyət qorxu və qəzəblə dolur, cinayətkarın ölümü isə kollektiv narahatlığı aradan qaldırır”, – deyə tarixçi Jan-İv Lö Naur BFM müxbirinə bildirib.

BFM TV-nin məlumatına görə, 2015-ci ildə Fransada bir sıra terror aktlarından sonra keçirilən sorğular ölüm cəzasının geri qaytarılması tərəfdarlarının sayının kəskin artdığını göstərib. “Dəhşətli cinayətin necə baş verdiyinə uyğun sual versəniz, əlbəttə ki, alacağınız cavablar fərqli olacaq. İctimai rəy zorakılıq cinayətlərinə eyni şiddətlə reaksiya verir”, – deyə “Amnesty International”ın Fransa bölməsinin ölüm hökmünün ləğvi ilə bağlı komissiyasının rəhbəri Ann Deni kanala verdiyi müsahibədə izah edib. Öz növbəsində Jan-İv Lö Naurun ehtimal etdiyi kimi, ictimaiyyət ölüm cəzasını intiqam olaraq qəbul etdiyi üçün ondan bərk yapışır, ölüm cəzası onun qəzəbini azaldır və təhlükəsizlk xəyalları yaradır. Eyni zamanda tarixçiyə görə, əslində bu yalnız arxaik bir refleksdir – nizam-intizam və təhlükəsizliyi bərpa edən görüntünü yaratmaq üçün qurban verməkdir.

Bu arada, “Amnesty International”da BFM müxbirinə deyildiyi kimi, “ölüm hökmünün cinayətlərin qarşısını almaq baxımından həbs cəzası təhlükəsindən daha çox potensiala malik olduğuna dair heç bir təsdiq edilmiş dəlil yoxdur”. Cənab Lö Naurun da təsdiq etdiyi kimi, Fransada bir vaxtlar xidmətçinin dəsmal oğurlaması, homoseksuallıq və ya kiminsə meşədə ağac kəsməsinə görə cəza verərdilər . O dövrdə cəmiyyət son dərəcə qəddar və kriminogen idi. “Ölüm cəzası qadağan edilən ölkələrdə cinayət statistikası pisləşməyib, hətta bəzi yerlərdə yaxşılaşıb. Kanadada ölüm cəzasının ləğv edildiyi 1976-cı ilə nisbətən 2008-ci ildə cinayətlərin sayı iki dəfə azalmışdı”, – deyə BFM-ə “Amnesty International”dan bildiriblər.

Nikolya Pikarın fikrincə, daha sərt cəzalara meyllik tendensyası cəmiyyətin indiki dövrdə “şəxsiyyətə qarşı cinayətlərə daha az dözümlü olması” ilə bağlıdır. Tarixçinin izah etdiyi kimi, cinsi zəmində cinayətlər bu gün son dərəcə ağır sayılır, lakin 20-ci əsrin xeyli hissəsində çox fərqli şəkildə qəbul edilərdi. Mütəxəssis hesab edir ki, ölüm hökmü ilə cəmiyyət “cinayətkarların qurbanlarının əziyyət çəkdiyi qədər əzab çəkməsi arzusunu” ifadə edir.

Pikarın fikrincə, ölüm cəzası ilə bağlı mübahisələr “cinayət populizmindən” – 1970-ci illərdə ortaya çıxan və 2000-ci illərin əvvəllərində törədilən cinayətlərdə günahkar olan məhkumlar üçün getdikcə daha ağır və uzunmüddətli cəzalar tələb edən  tendensiyadan bəhrələnir. Bundan əlavə, tarixçinin vurğuladığı kimi, yetmişinci illərdən bəri Fransa məhkəmələrində qurban fiquru getdikcə daha çox önəmli rol oynayır: zərərçəkmişlər məhkəmələrdə getdikcə daha çox danışır və “ədalətin səhvlərini üzə çıxarırdılar”. “Bundan təkcə kifayət qədər diqqət yetirilməyən cinayətlərin cəzasını artırmaq üçün deyil, həm də cinayətkarlar üçün daha ciddi sanksiyalar tələb etmək üçün istifadə edilə bilər. Bu kontekstdə ölüm hökmünün geri qaytarılması ilə bağlı müzakirələr cəmiyyətin gilyotini geri qaytarmaq istəyinin göstəricisi deyil, əksinə, əhalinin təhlükəsizliyi qorumaq ehtiyacını nümayiş etdirən avtoritar göstəricidir”, – deyə ekspert əminliklə bildirir.

BFM TV-nin materialına görə, Fransada 40 ildən çoxdur ki, ölüm cəzasının nə olduğunu bilməyən bütün nəsillərin böyüməsi bu fərziyyəni dəstəkləyir. Ann Deni qeyd edir: İnsanlar ya ümumiyyətlə bilmirlər, ya da məhkumların öldürüldüyü bir ölkədə yaşamağın nə olduğunu unudublar.

“Aparılan sorğular yetmişinci illərdən bəri eyni suala verilən cavabların necə dəyişdiyini anlamağa imkan versə də, indi vəziyyət fərqlidir”, – deyə Nikolya Pikar onun sözlərini təsdiqləyir.

Jan-İv Lö Naurun fikrincə görə, ictimai rəyin araşdırılmasının ölüm cəzası kimi mövzuda heç bir dəyəri yoxdur, çünki insanlar telefonla, elektron poçtla və ya küçədə tədqiqatçıların dediklərini yaxşı anlamadan tez cavab verirlər. Le Naurun BFM telekanalının müxbirinə verdiyi müsahibədə vurğuladığı kimi, Fransada edam cəzasının olduğu günlərdə hökm verən münsiflər heyəti arasında keçirilən bir sorğu həqiqəti ortaya çıxara bilər. Tarixçi izah edir ki, ölkədə ölüm hökmünə məhkum edilmiş son cinayətkar 10 sentyabr 1977-ci ildə edam olunub və edamın ləğv edilməsindən 20 il əvvəl bu cür cəza ilə üzləşən bir neçə min məhkumdan yalnız 17 nəfər üçün hökm icra olunmuşduMünsif olmaq sorğuda iştirak etməklə eyni deyil, çünki bu insanlar işi ətraflı araşdırıb, hələ də yaşayan cinayətkarın gözlərinə baxaraq ölüm hökmü çıxarıb və verdikləri qərarın ağırlığını ömürlərinin sonuna kimi daşıyıblar”, –  deyə  ekspert fikrini əsaslandırıb.

Nikolya Pikara görə, ölüm cəzası məsələsi zamanzaman yenidən gündəmə gəlməsinə baxmayaraq, Fransa cəmiyyəti üçün yenə də ikinci dərəcəli olaraq qalır. Öz növbəsində Ann Deni ölüm hökmünün geri qaytarılmasının praktik iolaraq mümkün olmadığını xatırladır: onun ləğvi təkcə 2007-ci ildə Fransa Konstitusiyasında təsbit edilməyib, həm də ölkə tərəfindən imzalanmış bir sıra beynəlxalq müqavilələrdə, o cümlədən Avropa İnsan Haqları Konvensiyasının 6 (1983) və 13 (2007-ci ildən) saylı protokollarında əksini tapmışdırAmnesty Internationalın izah etdiyi kimi, ölüm cəzası ləğv edən protokollar Avropa İnsan Haqları Məhkəməsindən çıxmadan onlardan imtina etmək üçün hüquqi mexanizmlərə malik deyildir. Buna görə də Paris onlara riayət etməyi dayandırarsa, konvensiyadan çıxmaq məcburiyyətində qalacaq və bu, Avropa daxilində çox ciddi parçalanmaya səbəb olacaq.

Əlbəttə ki, praktiki olaraq Fransa əvvəllər imzaladığı müqavilələri pozmağa qadirdir və beynəlxalq müqavilələr tarixində belə hal baş verib – lakin bu ssenaridə ölkə bütün beynəlxalq təşkilatlardan çıxmalı olacaq və bunu edə bilməz. Ann Deni deyir ki, beynəlxalq ictimaiyyətin bir çox səviyyədə dəstəyi olmadan ölüm cəzasının geri qaytarılması Parisə çox baha başa gələ bilər./moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*