Arxiyepiskop Acapaxyan İstintaq Komitəsinə gəldi – İrəvanda gərginlik davam edirbackend

Arxiyepiskop Acapaxyan İstintaq Komitəsinə gəldi - İrəvanda gərginlik davam edir

Ermənistanın Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan bu gün İrəvanda yerləşən İstintaq Komitəsinə gəlib.

KONKRET.az xəbər verir ki, ona qarşı hansı konkret ittihamların irəli sürüləcəyi hələlik açıqlanmasa da, Ermənistan mətbuatında yayılan məlumatlara görə, Acapaxyan dövlət çevrilişinə çağırış və digər ağır ittihamlarla üzləşə bilər.

Qeyd edək ki, son günlərdə onun iqamətgahında və digər din xadimlərinin evlərində axtarışlar aparılıb, dini şəxslərlə güc strukturları arasında qarşıdurmalar yaşanıb. Hadisələr fonunda ölkədə ciddi ictimai narahatlıq müşahidə olunur.

Natiq Səlim, 
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*