Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Pakistan və Azərbaycan qarşılıqlı hörmət, etimad, sülh və firavanlıqla bağlı ortaq baxışa əsaslanan yaxın qardaşlıq münasibətlərinə malikdir. Son bir neçə il ərzində ikitərəfli əlaqələrimizin tez-tez həyata keçirilən yüksəksəviyyəli səfərlərlə və qarşılıqlı maraq doğuran bütün sahələrdə səmərəli əməkdaşlıqla xeyli dərinləşməsi böyük məmnunluq doğurur.
Tərəfdaşlığımızdakı bu güclü inkişaf tempinin xalqlarımıza uzunmüddətli mənfəətlər verməyə davam edəcəyinə əminəm. Pakistan regional bağlılıq, iqtisadi artım və strateji əməkdaşlıq kimi ortaq məqsədlərimizə nail olmaq üçün Azərbaycanla yaxından işləməyə qətiyyətlə sadiq qalır.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıqla bağlı ən səmimi arzularımı çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.