Asılılıq yaradan virtual oyunların fəsadları – ŞƏRHbackend

Asılılıq yaradan virtual oyunların fəsadları - ŞƏRH

Müasir texnalogiyanın həyatımza sürüyüb saldığı zərərli vərdişlərdən biridə virtual-ani oyunlardır. Əsasən yeniyetmələrin və gənclərin aludə olduğu bu pis vərdiş intiharlara gətirib çıxarır.

Asılılıq yaradan oyunların təsiri altına düşən adamlar psixoloji problemlərdən də əziyyət çəkirlər. Belə oyunların təsir dairəsinə düşənlər nadir hallarda bu zərərli vərdişdən əl çəkirlər. Bəzən valideyinlərindən xəbərsiz ailənin büdəcəsini “talayan” gənclər məsələnin üstü açılanda çıxılmaz vəziyyətə düşürlər.

Azərbaycanda da geniş yayılan virtual-ani oyunlar ətrafına daha çox istifadəçi çəlb edib. Qazanan isə işbazlardır. Öz bizneslərini başqalarının bədbəxtliyi üzərində quran dələduz dəstəsini isə gündəlik qazandıqları miyonlardan başqa heç nə maraqlandırmır.

Bu mövzunu gündəmdə saxlayıb geniş müzakirə açacağıq. İndi isə Çində baş verən bir hadisəni təqdim edirik. Çinin Henan əyalətində 13 yaşlı orta məktəb şagirdi valideyinlərinin etibarından istifadə edərək virtual oyunlara 64 min dollar uduzub. Uşağın məktəbdə telefonla daha çox vaxt keçirdiyini görən müəllimlər valideyinlərə xəbər verib. Məktəblinin atası bank hesabını yoxlayanda isə orada cəmi 7 sent qalıbmış. Uşaq atasının bank kartınıın hesabını smartfona yüklədiyini və kartda pul bitənə qədər dörd ay ərzində ödəniş etdiyini deyib. Atanın bank kartının PİN kodunu isə uşağa anası verib.

Əslində uzaq Çindəki bu hadisə hər bir ölkədə baş verə bilər. Deməli, uşaqlarla nəzarət edilməlidir. Amma bəzən fərqli mənzərənin şahidi oluruq. Uşaq bütün günü telefonda nəyləsə məşğuldur. Valideyin də ondan geri qalmır. Evdə acı bir sükut var və ailə üzvüləri telefonda öz dünyalarındadır. Sükut pozulanda isə gec olur.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*