Asim Xudiyev UEFA-dan təyinat aldıbackend

Asim Xudiyev UEFA-dan təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.

Bu barədə KONKRET.az-a AFFA-dan məlumat verilib.

A.Xudiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərindəki “Todor Proeski” adına milli stadionda baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*