Aşot Avaqyan: “İntiqam olacaq” – “Biz davamlı döyüşə hazırlaşmalıyıq”backend

Aşot Avaqyan: “İntiqam olacaq” - "Biz davamlı döyüşə hazırlaşmalıyıq”

“Sünik (Qərbi Zəngəzur-red) ətrafında gərginlik var, amma sakinlər elə rahatdırlar ki, sanki dünyada heç nə yoxdur. İrəvanda nə baş verdiyini bilmirəm, amma Sünikdə insanlar öz işləri, dərdləri və gündəlik həyatı ilə yaşayır, əksəriyyəti heç nə ilə maraqlanmır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Sisakan”ın könüllüsü, erməni rəssam Aşot Avaqyan bildirib.

“Sülh iki müharibə arasındakı dövrdür. Bu isə o deməkdir ki, sülh deyilən bir şey yoxdur, davamlı müharibələr var və onlara daim hazırlaşmaq lazımdır”, – deyə o vurğulayıb.

Sənətçinin fikrincə, Paşinyan hakimiyyətinin kompromis siyasəti sülh gətirməyəcək. “Bir daha deyirəm, sülh iki müharibə arasındakı dövrdür, burada insanlar növbəti müharibəyə hazırlaşır. Yaşadığımız ərazinin məntiqini başa düşə bilmirik. Başa düşməliyik ki, bu, daimi mübarizədir və hər birimiz hər dəqiqə mübarizənin məntiqi ilə yaşayırıq və bu arada maarifləndirmədən, adət-ənənələri saxlamaqdan tutmuş görüləsi çox işlər var”.

“Uzun müddətli mübarizənin məntiqinə daxil edilməlidir ki, səni heç kim xilas etməyəcək, sən özünü xilas etməlisən. Özünüzü xilas etmək istəməsiniz, heç kim sizi xilas etməyəcək. Xalq müharibələrdən yorulub deyə mühacirmi olmalıdır? Xeyr. Ya yorulub ölürlər, ya da döyüşüb qalırlar. Yalnız döyüşməklə sülhə nail ola bilərsiniz, o da müəyyən müddətə. Davamlı sülhdən söhbət gedə bilməz və kainatda qalıcı sülh, ümumiyyətlə, yoxdur”.

90-cı illərdən sonra bilirdik ki, azərbaycanlılar yenidən hücuma keçəcəklər, biz hazırlaşırdıq, amma bir müddət yanlış yola getməyə başladıq. Bu isə təkcə hərbçilərin deyil, həm də xalqın psixologiyasına aiddir.

Sənətçi bir gün qisas alınacağı ümidi ilə “İntiqam olacaq” adlı serial çəkir. “Mən revanş ideyasını yaşatmağa çalışıram, çünki bu, həyat tərzidir. Bu da yox olarsa, ya qaraçı olarıq, ya da bütövlükdə yox olarıq. Cavab ondan ibarətdir ki, biz davamlı döyüşə hazırlaşmalıyıq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*