Aşotyan: “ABŞ Ermənistanı qorumaq üçün heç nə etmir”backend

Aşotyan: “ABŞ Ermənistanı qorumaq üçün heç nə etmir”

“Ukrayna məsələsində Qərb iddia edir ki, təzyiq altında sülh müqaviləsi imzalana bilməz, lakin Ermənistan-Azərbaycan münasibətlərində eyni yanaşma görünmür. ABŞ səfiri Ermənistan hakimiyyəti haqqında romantik balladalar yazır, ölkəni qorumaq üçün heç bir iş görmür”.

KONKRET.az xəbər verir ki, bunu bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

Aşotyan səfirin cənubi Qafqazda gedən proseslərlə bağlı İctimai Televiziyanın efirində verdiyi bir sıra açıqlamalara cavab verib.

“Siz haqlı olaraq qeyd edirsiniz ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Bəs nəyə görə sırf 2020-ci il müharibəsindən sonra regionumuzda yaranmış vəziyyətdən çıxış edirsiniz?” – deyə Aşotyan sual edib.

O deyib ki, Ukrayna məsələsində Qərb ölkələri və təşkilatları güc təhdidi altında sülh müqaviləsinin imzalana bilməyəcəyini müdafiə edirlər. Lakin Ermənistan-Azərbaycan münaqişəsi məsələsində ABŞ nəinki belə bir ssenarini istisna etmir, həm də ona fəal töhfə verir, Aşotyan vurğulayıb ki, Ukrayna məsələsində müxtəlif sanksiyalar tətbiq edilir, lakin Azərbaycana qarşı heç biri yoxdur, üstəlik, iqtisadi maraqlara əsaslanan əməkdaşlıq genişlənir.

Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Ermənistanın İctimai Televiziyasına müsahibəsində Qarabağın Azərbaycanın tərkibində mövcud olmasını və erməni əhalisinin orada təhlükəsiz yaşamasını mümkün hesab etdiyini bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*