Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı rəsmi Bakının diplomatik nümayəndəliyinə müraciət olmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da vətəndaşlarını Livandan təxliyə edəcək. Buna səbəb Yaxın Şərqdə gərginləşən vəziyyətdir.