AŞPA məruzəçisi Ermənistandakı növbədənkənar parlament seçkilərini tənqid etdibackend

AŞPA məruzəçisi Ermənistandakı növbədənkənar parlament seçkilərini tənqid etdi

AŞPA məruzəçisi Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini tənqid edib.

“Ermənistandakı növbədənkənar parlament seçkiləri zamanı biz zəhərli siyasi iqlimin və qütbləşmələrin şahidi olduq. Bunun əsas səbəbi də Ermənistanın Dağlıq Qarabağda Azərbaycana məğlub olması idi. Müxalif partiya hökuməti çox şiddətlə tənqid edirdi. Biz tez-tez nifrət sözlərinin şahidi olurduq”.

KONKRET.az xəbər verir ki, bu sözləri AŞPA-nın Ermənistandakı növbədənkənar parlament seçkilərini izləyən məruzəçisi Corc Katruqalos deyib.

O məruzədə qeyd edib ki, AŞPA-nın nümayəndə heyəti rəqiblər arasındakı aqressiv danışıq və ittihamların, yüksək qütbləşmənin vəziyyəti pisləşdirdiyi ilə bağlı narahatlığını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*