Noyabrın 11-də çərşənbə günü minlərlə insan Ermənistanın paytaxtında bir araya gələrək ölkənin Azərbaycanla 6 həftəlik Dağlıq Qarabağ uğrunda döyüşlərə son qoymaq barədə razılığına etiraz etdi. Ermənistanın müxalifət partiyaları tərəfindən təşkil olunan mitinq iştirakçıları Azərbaycan və Rusiya prezidentləri ilə birlikdə sülh sazişi imzalayan ölkənin baş nazirinin istefasını tələb etdilər. Yerevandakı bəzi nümayişçilər polislə toqquşdu və bir çoxu nəzarətə alındı.
Mitinqlər noyabrın 10-da Moskvanın vasitəçiliyi ilə çərşənbə axşamı erkən saatlarda Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasından elan olunmasından sonra baş verdi. Razılaşma Azərbaycanda sevinclə qeyd olunsa da, erməniləri qəzəbləndirdi və dərhal küçələrə çıxan dəstələr müqavilənin etibarsız elan edilməsini tələb etdilər.
Ermənistan və Azərbaycan on illərdir Dağlıq Qarabağ məsələsində münaqişə vəziyyətindədir. Bölgə Azərbaycanda yerləşir, lakin 1994-cü ildən separatçıların nəzarətinə keçib. Son altı həftə ərzində elan olunan bir neçə atəşkəs demək olar ki, dərhal pozuldu. Lakin mövcud razılaşmaya riayət olunduğu görünür və qüvvəyə mindiyi andan bəri heç bir tərəf atəş açmayıb.
Razılaşma Azərbaycanın Dağlıq Qarabağa hücumunun dərinləşməsindən və strateji məntəqə olan Şuşanın ələ keçirilməsindən sonra baş verdi.
Dağlıq Qarabağdakı separatçılarının lideri Arayik Arutyunyan çərşənbə axşamı etiraf etdi ki, “hərbi əməliyyatlar eyni tempdə davam etsəydi, bütün Artsaxı (Dağlıq Qarabağın erməni adı) bir neçə gündə itirmiş olardıq”.
Ermənistanın Baş naziri Nikol Paşinyan bunun “şəxsən mənim üçün və xalqımız üçün son dərəcə ağrılı olduğunu” söyləyərək vəziyyəti “fəlakət” adlandırdı və sülh sazişi imzalamaqdan başqa çarəsi olmadığını bildirdi. Müqavilə Ermənistanı Dağlıq Qarabağ və xaricindəki bəzi ərazilər üzərində nəzarəti təhvil verməyə çağırır. Bunların arasında Dağlıq Qarabağdan Ermənistana gedən əsas yolun keçdiyi Laçın bölgəsi də var. Razılaşma Laçın dəhlizi deyilən yolun açıq qalmasını və rus sülhməramlıları tərəfindən qorunmasını tələb edir. Saziş, eyni zamanda, Ermənistanı, İranı və Türkiyəni Azərbaycanı onun qərb ərazisi olan Naxçıvanı birləşdirəcək bir nəqliyyat əlaqəsinin yaradılmasına çağırır.
Bu gün erməni müxalif siyasətçiləri müqaviləni “xainlik” adlandıraraq Paşinyanın istefasını tələb etdilər. Erməni İnqilab Federasiyası – Daşnaksütyun partiyasının üzvü İşxan Saqatelyan 10.000 nəfərin iştirak etdiyi mitinqdə “Ermənistanı və Artsaxı(Qarabağ-red) Paşinyandan xilas etməliyik”, – dedi.
“Associated Press” 11 noyabr 2020
Surxay Atakişiyev,
KONKRET.az