Qazaxıstan paytaxtı Astananın mərkəzi kabel oğurluğu səbəbindən bir neçə saat işıqsız qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Astananın enerji şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Dekabrın 13-də “Çubarı” yarımstansiyasında 10 kilovoltluq elementlər kəsilib. Limitdə üç paylama məntəqəsi var. Səbəb kabel xəttinin oğurlanması olub”, – məlumatda bildirilib.
Qeyd olunur ki, hazırda yaşayış binalarına elektrik enerjisinin verilməsi bərpa olunub.//Qafqazinfo