
Astanada Türkmənistan prezidentinin kitabının təqdimatı keçirilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun “Anau-minilliyin dərinliklərindən mədəniyyət”adlı kitabının bu il nəşr olunması xüsusi əhəmiyyət kəsb edir, çünki o, türkmən xalqının görkəmli şairi Məhtumkuli Fraqanın 300 illiyinə həsr olunub.
Həmçinin 2024-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərarı ilə Anau şəhəri Türk Mədəniyyəti və İrsi sahəsində mühüm rolunu əks etdirən Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib.
Tədbirdə Türk Akademiyasının vitse-prezidenti Asxat Kesikbayev, Türkmənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Batır Rəcəbov, Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstanın strateji araşdırmalar İnstitutunun baş eksperti Muhit Asanbayev və Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tətbiqi Tədqiqatlar İnstitutunun baş elmi işçisi Janat Momınkulova çıxış etdilər.