Astara sakini ülgüc uddu, xəstəxanalıq oldubackend

Astara sakini ülgüc uddu, xəstəxanalıq oldu

Astara rayonunda 30 yaşlı kişi ülgüc udub.

KONKRET.az-ın report-a istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə baş verib.

Belə ki, rayonun Burzubənd kənd sakini, 1991-ci il təvəllüdlü Yasəf Cəmil oğlu Əliyev ülgüc (lezva) udaraq intihara cəhd edib. Yaxınları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Y.Əliyev əməliyyat olunub və ülgüc onun daxili orqanından çıxarılıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq olmasa da hüquq mühafizə orqanlarının əməkdaşları bir neçə versiya üzərində araşdırmalara başlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*