Atasını döyən şəxsi qətlə yetirən gənc tutuldubackend

Atasını döyən şəxsi qətlə yetirən gənc tutuldu

Oktyabrın 24-ü Cəlilabadda Mirxaqani Əhmədovu bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan  bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, M.Əhmədov bir neçə il əvvəl münaqişə zəminində Böyükxanın atası, rayonda “Məşədi Elçin” adı ilə tanınan şəxsə ağır xəsarət yetirib. Həmin vaxt həbs edilən şəxs 6 il sonra yenicə azadlığa çıxıbmış. Atasını vuran şəxsin həbsdən çıxdığını öyrənən Böyükxan onu izləyərək gecə saatlarında Cəlilabad şəhəri ərazisində qəfil hücum etməklə qətlə yetirib. Hadisə anbaan kameraya düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*