ATƏT açıqlamasında Qarabağdan söz açmadı – Ermənilər məyus oldubackend

ATƏT açıqlamasında Qarabağdan söz açmadı - Ermənilər məyus oldu

Xəbər verdiyimiz kimi, ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma bu həftə Cənubi Qafqazın üç ölkəsinə səfər edib.

KONKRET.az xəbər verir ki, o, sonuncu dəfə İrəvana gedib və burada Ermənistan hakimiyyətinin müxtəlif nümayəndələri ilə görüşlər keçirib.

ATƏT-in rəsmi saytında xanım prezidentin Ermənistana səfəri barədə məlumat yayılıb. Ancaq açıqlamada Qarabağdan bir kəlmə belə söz açılmayıb. Bildirilir ki, Pia Kuma Ermənistan baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və xarici işlər nazirinin müavini Vahe Gevorqyanla görüşüb və əsasən sülhdən danışıb.

ATƏT-in mövcud reallıqları qəbul edərək rəsmi açıqlamasında Qarabağdan bəhs etməməsi erməniləri məyus edib. Erməni mətbuatında və sosial şəbəkələrdə bunu Ermənistan diplomatiyası üçün fiasko adlandırıblar və hökumətə qarşı ittihamlar səsləndirilib. Təşkilatın rəsmi açıqlaması ilə bu linkdən tanış olmaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*