ATƏT-in Minsk Qrupu bəyanat yaydı – ƏTRAFLIbackend

ATƏT-in Minsk Qrupu bəyanat yaydı - ƏTRAFLI

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Fransadan Stefan Viskonti, Amerika Birləşmiş Ştatlarından Endryu Şofer və Rusiya Federasiyasından İqor Xovaev) bəyanat yayıb.

KONKRET.az xəbər verir ki, həmsədrlər 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Gilles Carbonier ilə məsləhətləşmələr aparıblar.

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Bütün iştirakçılar işlərini həyata keçirmək üçün beynəlxalq humanitar təşkilatların tam və maneəsiz çıxışının vacibliyini vurğulayıbar.

BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin son konstruktiv görüşü fonunda həmsədrlər Azərbaycanın bir erməni hərbçisini azad etməsini alqışlayıblar, həmçinin mümkün deeskalasiya və humanitar tədbirləri müzakirə ediblər.

Həmsədrlər görüşməyə hazır olan Prezident Əliyev və Baş nazir Paşinyanın açıq bəyanatlarını alqışlayıblar. Onlar tərəflərlə belə bir görüşün şərtlərini və detallarını müzakirə etməyi səbirsizliklə gözlədiklərini və bu prosesdə növbəti addımları müzakirə etmək üçün yaxın gələcəkdə bölgəyə səfər etməyə hazır olduqlarını bir daha bəyan ediblər.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*