ATƏT-in Minsk qrupunun həmsədrlərindən növbəti BƏYANATbackend

ATƏT-in Minsk qrupunun həmsədrlərindən növbəti BƏYANAT

ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanatla çıxış ediblər.

KONKRET.az xəbər verir ki, həmsədrlər dekabrın 1-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, dekabrın 2-də isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Stokholmda ATƏT Nazirlər Şurasının iclası çərçivəsində görüşüblər. Həmsədrlər ATƏT-in yeni sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin (CİO) şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Həmsədrlər Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayədarlığı altında birgə görüşünün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər. Onlar şərait yaranan kimi bu görüşü keçirməyə, sentyabrda Nyu-Yorkda, noyabrda isə Parisdə başlayan müzakirələri davam etdirməyə hazır olduqlarını bildirirlər.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*