ATƏT sədri Azərbaycanla Ermənistanı dialoqa çağırdıbackend

ATƏT sədri Azərbaycanla Ermənistanı dialoqa ÇAĞIRDI

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde sərhəd məsələsinin siyasi həlli üçün Azərbaycanla Ermənistan arasında dialoqun bərpasının vacibliyini qeyd edib.

KONKRET.az xəbər verir ki, bu barədə Linde ABŞ Konqresi yanında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) dinləmələrində danışıb.

“Ermənistanla Azərbaycan arasındakı sərhəddə mövcud gərginliyin artması, həll olunmamış məsələlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir çağırış olaraq qaldığını nümayiş etdirir. Davamlı bir siyasi həll haqqında danışıqları davam etdirmək üçün gərginliyi azaltmalı və tərəflər arasında dialoqa başlamalıyıq. Beynəlxalq hüquqa uyğun olaraq, humanitar ehtiyacları və insan haqları məsələlərini həll etməliyik”, – deyə Ann Linde qeyd edib.

O, Rusiya, ABŞ və Fransanın həmsədr olduğu ATƏT-in Minsk Qrupunun bu məsələlərin həlli üçün ən yaxşı format olduğuna əminliyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*