Atlara nal nə üçün lazımdır?backend

Atlara nal nə üçün lazımdır?

Atlara nə üçün nal vururlar, axı təbiətdəki vəhşi atlar nal olmadan da çox gözəl keçinə bilirlər?

KONKRET.AZ bildirir ki, atları əhliləşdirmə prosesində onlar öz yaşadıqları şəraitdən uzaqlaşdıqlarına görə dırnaqlarının çox zədələnməsi halları baş verir. Bir tərəfdən, onlar açıqlıqda deyil, tövlədə yaşayırlar. Buna görə də, onlar vəhşi atlardan daha az hərəkət edirlər və dırnaqları daha yumşaq olur. Digər tərəfdən, ev atları ağır fiziki işlər görür — insan və yük daşıyırlar.

Bundan əlavə, onlar daim bərk asfaltda qaçmalı olurlar. Bütün bunlar atın dırnaqlarının yeyilməsinə gətirib çıxarır, dırnaqlar böyüdükdən daha sürətli köhnəlirlər. Vəhşi atlara belə təhlükə yoxdur, çünki onlar açıqlıqda gəzir, öz gedecəkləri yolu özləri seçir və ən yumşaq yerlərdən keçərək maneələri asanlıqla aşırlar.

Kayzen.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*