ATV-nin kameramanı ilə Anar Cəbrayıllı arasında qalmaqal: “Ağzına gələni danışmaqdansa, …” — FOTObackend

ATV-nin kameramanı ilə Anar Cəbrayıllı arasında qalmaqal: "Ağzına gələni danışmaqdansa, ..." - FOTO

ATV telekanalının kameramanı Ramin Şahbazov ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı arasında qalmaqal baş verib.

KONKRET.az-ın xəbərinə görə, R.Şahbazov sosial şəbəkə hesabında yazdığı statusda A.Cəbrayıllının onu hədələdiyini qeyd edib.

“Anar Cəbrayıllı “facebook”da paylaşdığım statusa görə, mənə zəng vurub hədə-qorxu gəlib. Ağzına gələni danışmaqdansa, suyumuzu çəkin” – deyə jurnalist bildirib.

A.Cəbrayıllının teleoperatora cavabında bu sözlər yer alıb:

“Özünə bir az hörmət elə. Demişəm, qarğış eləmə. Ev tikəndə “Azərsu”dan texniki şərt almışdın, sənə söz verilmşdi ki, nə vaxt su çəkiləcək? Rəsmi müraciət elə, rəsmi cavab al. Həftə 8, mən 9 qarğışlı statuslarına məni tağ eləmə. Ayıbdır.”

  • Mayis
    İyun 10, 2021 - 16:33

    Hörmətli Anar bəy,42 ilin jurnalistiyəm. 3-ildir yazıram ki,Xətai sukanal idarəsinin nəzarətçisi Ərəstun adında şəxs, məndən su xəttinə kod qoymaq üşün 125 manat istədi.Bunun qanunsuz olduğunu bildiyimdən vermədim.O da prinsipə düşüb 125 manatı mənim abonent borcuma yazıb.Üstəlik saxtakarlıq o yerə çatıb ki, cəmi 3 günə mənə 80 ton su borcu yazıb.Mənə idarə cavab vermək iqdidarında deyil.Bəlkə siz işə müdaxilə edəsiniz.?

Mayis üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*