“Audivizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa keçirildi – FOTOLARbackend

“Audivizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa keçirildi - FOTOLAR

Bu gün onlayn media subyektləri üçün “Audivizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.

KONKRET.az xəbər verir ki, ölkəmizin Audivizual Şurasının (AŞ) təşkilatçılığı ilə baş tutan tədbirdə Medianın İnkişaf Agentliyinin nümayəndəsi də iştirak edib.

Tədbir iştirakçılarını salamlayan AŞ aparat rəhbəri Fazil Novruzov qurumun fəaliyyəti, son dövrdə görülən tədbirlər barədə ətraflı məlumat verib.

Dəyirmi masa AŞ-nin hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadovun “Azərbaycanda audiovizual media” mövzusunda təqdimatı ilə davam edib.

Sonra AŞ kommunikasiya sektorunun müdiri Taleh Quliyev “Media nümayəndələri ilə qarşılıqlı fəaliyyət və Audiovizual mediada uşaq hüquqlarının qorunması” kitabçası barədə məlumat verib.

Tədbir sualların cavablandırılması ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*