Avetyan: “Zəngəzur dəhlizi 2028-ci ilədək açılacaq”backend

Avetyan: “Zəngəzur dəhlizi 2028-ci ilədək açılacaq”

Ermənistanda Zəngəzur dəhlizinin açılmasından narahat olan qüvvələr müxtəlif bəyanatlar verir və bunun mümkünsüzlüyünü vurğulayırlar. Bəzi erməni ekspertlər hesab edir ki, Zəngəzur dəhlizi 2028-ci ilədək açılacaq.

KONKRET.az xəbər verir ki, regional məsələlər üzrə ekspert Ani Avetyan da bu fikirdədir: “Türkiyə və Azərbaycan uzun müddətdir Ermənistana qarşı yumşaq gücdən istifadə edir. Ermənistan diplomatik vasitələrlə müttəfiqlərdən məhrum edilir.

Onlar bildirirlər ki, Ermənistanın özü də Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə Zəngəzur dəhlizinin 2028-ci ilədək istifadəyə veriləcəyini bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı dediklərinə qulaq assanız, görərsiniz ki, o, Ermənistana çağırış edərək, “dəhlizi dərhal açın” deyir. İndi də türkiyəli nazir 2028-ci ilə qədər dəhlizin işə düşəcəyini bəyan edir”.

Erməni ekspert bildirib ki, Zəngəzur dəhlizi məsələsində İranla Türkiyə arasında fikir ayrılığı var və Tehran dəhlizin əleyhinədir: “Türkiyə Prezidenti hər zaman vurğulayır ki, Zəngəzur dəhlizinə müqavimət göstərən Ermənistan deyil, İrandır. Bu dəhlizlə bağlı Türkiyə, ilk növbədə, İran tərəfi ilə danışıqlar aparır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*