AVP buraxılır?backend

AVP buraxılır?

Ana Vətən Partiyasının (AVP) sədri seçildiyini bildirən Elçin Ağamalı atası Fəzail Ağamalının hələ də özünü AVP-nin sədri kimi təqdim etməsinə, partiyanın yaxınlarda buraxılacağı ilə bağlı məsələnin yenidən gündəmə gəlməsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, E.Ağamalı pravda.az-a açıqlamasında deyib ki, partiyanın buraxılması gündəmdə deyil.

“Hər kəs öz fikrini səsləndirməkdə azaddır. Fəzail müəllimin özünü hələ də sədr kimi təqdim etməsini yanlış hesab edirəm, bu barədə özünə heç nə deməmişəm. Qurultay keçirilib, qurultayın qərarı var. Fəzail müəllim istefa verib. Qurultay özünə yeni sədr seçib. Ədliyyə Nazirliyinə sənədlər təqdim olunub, Nazirlik sənədlərə baxıb, qurultaya hüquqi qiymət verəcək”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*