Xəbər verdiyimiz kimi 14 şəhər və rayonda tədbiq edilən sərt karantin rejiminə görə metronun fəaliyyəti dayandırılıb. Avqustun 5-də metro fəaliyyətini bərpa edəcəkmi?
Bununla bağlı KONKRET.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələ ki, bununla bağlı heç nə deyilməyib: “Operativ Qərargahın verəcəyi qərardan asılıdır. Əgər ikinci bir qərar olmasa, əvvəl verilən qərara əsasən avqustun 5-i saat 6-da metropoliten fəaliyyətini əvvəl ki, qaydalarla bərpa edəcək. Əlbəttə, hər şey Operativ Qərargahın verəcəyi qərardan asılı olcaq”.
Nərgiz Mirzəyeva,
KONKRET.az