Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində VI turun növbəti görüşləri keçirilib.
Konkret.az xəbər verir ki, turun ikinci oyun günündə 4 qrupda 10 matç baş tutub.
Gecənin mərkəzi görüşü C qrupunda Şimali İrlandiya və Almaniya milliləri arasında olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 12-yə çatdıran Bundestim britaniyalılarla xallarını bərabərləşdirib və daha üstün göstərici ilə ilk pilləyə qalxıb.
E qrupunda lider Macarıstan ötən tur evdə Xorvatiyaya böyük hesabla uduzmuş Slovakiyanı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. Dünya vitse-çempionları ilə heç-heçə sayəsində ilk xalını qazanan Azərbaycan növbəti mərhələ şansını nəzəri də olsa, saxlayıb.