AVRO-2024: Finala yüksələn növbəti komanda hansı olacaq?backend

AVRO-2024: Finala yüksələn növbəti komanda hansı olacaq?

Bu gün AVRO-2024-ün yarımfinal mərhələsində sonuncu oyun keçiriləcək.

KONKRET.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci oyununda Niderland millisi İngiltərə seçməsi ilə üz-üzə gələcək.

İsveçrə və İtaliyanı yolundan kənarlaşdıran İngiltərə seçməsi bu dəfə Niderland millisini də məğlub edərək finala adlamaq niyyətindədir. Amma “narıncılar” da Almaniyaya turist qismində gəlməyiblər. İngiltərə ilə nisbətdə daha rahat rəqibləri məğlub edən Niderland seçməsi çətin rəqiblə görüşdə bütün fürsətlərdən lazımınca yararlanaraq azarkeşlərini sevindirmək niyyətindədir.

Rəqiblər indiyədək ümumilikdə 14 dəfə qarşılaşıblar. Bu görüşlərdən altısında Niderland, ikisində isə İngiltərə millisi qalib gəlib.

Komandaların heyətində zədəlilər və itkilər olmadığından baş məşqçilərin işi daha rahat olacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü almaniyalı hakimlər briqadasından Feliks Zvayer idarə edəcək.

10 iyul

Yarımfinal

Niderland – İngiltərə

Saat 23:00, “Signal Iduna Park”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*