“Jozef Borrellə Avropa Parlamentində dünənki sual-cavab sessiyasının müzakirələrindən çox mühüm bir epizod diqqətimi çəkdi. Söhbət Avropa Parlamentində müzakirə olunan Dağlıq Qarabağın statusundan gedir”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan yazıb.
O fikirlərini belə izah edib:
Əslində avropalı deputatlar status məsələsini qaldırırlar, baxmayaraq ki, Ermənistan hakimiyyəti təkcə “öz müqəddəratını təyinetmə hüququ” anlayışını deyil, ümumiyyətlə “status” sözünü də çoxdan unudub.
Jozef Borrel Nikol Paşinyanın Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması və “onun statusundan söhbət gedə bilməz” sözlərini sitat gətirərək cavab verir. Göründüyü kimi, yalnız sözdə hüquqlar və təhlüksizlik haqqında müzakirələr gedir.
Yəni avropalı deputatlar sırasında elə adamlar var ki, bizi təmsil edən Nikoldan qat-qat daha artıq ermənidir.
Avropa bürokratları Ermənistanın maraqlarını ifadə edən mövqeləri neytrallaşdırmaq üçün Nikol Paşinyanın, eləcə də Azərbaycan siyasətçilərinin sözlərindən istifadə edirlər.
Bu, Aİ üçün nə yeni, nə də unikaldır. Həm Rusiyada, həm də ABŞ-da vəziyyət belədir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az