Avropa çempionatı: Qadın şahmat yığmamız yenidən bürünc medal qazandıbackend

Avropa çempionatı: Qadın şahmat yığmamız yenidən bürünc medal qazandı

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempionatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün IX turun görüşlərini keçiriblər.

KONKRET.az-ın məlumatına görə, kişilərdən ibarət yığma Fransa qarşılaşıb. Oyun rəqib komandanın qələbəsi ilə yekunlaşıb – 2,5:1,5.

Azərbaycan komandasından Teymur Rəcəbov, Rauf Məmmədov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub, Şəhriyar Məmmədyarov isə istedadlı şahmatçı Alireza Firuzcaya uduzub.

Bu nəticə Azərbaycan yığması ilk 3-lükdən kənarda qalaraq, Avropa çempionatını 12 xalla 5-ci yerdə bitirib. Ukrayna 14 xalla qızıl, eyni xala malik Fransa gümüş, 13 xalı olan Polşa bürünc medal qazanıb. İspaniya da 13 xal toplasa da, 4-cü yerlə kifayətlənib.

Qadınlardan ibarət kollektiv isə Niderland üzərində qələbə qazanıb – 2,5:1,5. Heyət üzvlərindən Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qələbə qazanıb, Gövhər Beydullayeva heç-heçə ilə kifayətlənib. Yalnız Gülnar Məmmədova məğlubiyyətlə üzləşib.

Bununla da Azərbaycan yığması 12 xalla bürünc medal qazanıb.

Avropa çempionatı, IX tur
21 noyabr

Kişilər

Fransa – Azərbaycan – 2,5:1,5

Alireza Firuzca – Şəhriyar Məmmədyarov – 1:0

Maksim Vaşye-Laqrav – Teymur Rəcəbov – 0,5:0,5

Maksim Laqarde – Rauf Məmmədov – 0,5:0,5

Jil Mussar – Nicat Abbasov – 0,5:0,5

Qadınlar

Azərbaycan – Niderland

Günay Məmmədzadə – Jaogin Penq

Gülnar Məmmədova – Elin Roebers

Ülviyyə Fətəliyeva – Maçteld Van Forest

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*