Avropa ermənilərdən təngə gəlib – İrəvanın “Bakıya hücum” planı iflasa uğradıbackend

Avropa ermənilərdən təngə gəlib - İrəvanın "Bakıya hücum" planı iflasa uğradı

Avropa ermənilərdən təngə gəlib.

COP29-un Bakıda keçirilməsini ermənilər özlərinə dərd ediblər. Mütəmadi olaraq beynəlxalq platformalarda Azərbaycan əleyhinə çıxışlar edən erməni siyasətçilərə daha çox tribuna Avropada verilir. Düzdür, onların səsini ABŞ-dən, Kanadadan da eşidirik. Amma Fransanın dəstəyi ilə həyata keçirilən bu cür kampaniyalar Azərbaycanın siyasi imicinə zərbə vurmağa hesablanıb. Avropa Parlamentində, AŞPA-da və digər siyasi təşkilatlarda tribunaya çıxan hər bir erməni siyasətçisinin söhbəti əsasən Azərbaycanla bağlıdır. Məqsəd isə COP29 ərəfəsi Azərbaycana qarşı  böhtan kampaniyasını davam etdirmək və ölkəmizi etnik təmizləmədə ittiham etməkdir. Bəzən ermənilərin bu ittihamı o qədər absurd səslənir ki, onları dinləyənləri də təngə gətirir. Amma onlar susmurlar. 30 il özlərini qalib xalq kimi hiss edən bir toplumun nümayəndələri həyasız-həyasız  Qarabağı Ermənistan ərazisi kimi təqdim edir və bildirirlər ki, guya Azərbaycan Qarabağı işğal edib. Beynəlxalq aləmdə rəsmi olaraq Azərbaycanın ərazisi 86,6 min kv.km tanınır və Ermənistan da bunu etiraf edib. Bəs onda Azərbaycan hansı ölkənin ərazisini işğal edib və bu işğaldan kimlər əziyyət çəkib. Təbii ki, bütün bunlar ermənilərin COP29 ərəfəsi hay-həşiridir və Azərbaycanda keçiriləcək iri miqyaslı tədbir öncəsi diqqəti öz üzərilərinə çəkmək niyyətindədirlər. AŞPA  tribunasında da Ermənistan deputatları Azərbaycanla bağlı ittihamlar səsləndiriblər. Özlərini süddən çıxmış ağ qaşıq kimi təqdim edən erməni siyasətçilər regionda yerli xalq olduqlarını, min illər əvvəl buralardakı varlıqlarını sübut etmək üçün absurd fikirlərdən yenə əl çəkmirlər. “Qədim xalqı”n nümayəndələri bu cür iyrənc bəyanatlarla özlərini bir qədər də çətin vəziyyətə salır və hələ də qonşu xalqlara nifrətlərini nümayiş etdirirlər.

Erməni deputat Lilit Qalstanyan bir qədər də irəli gedərək Bakıda həbsdə olan, hərbi cinayətlər törətmiş ermənilərin qeyd-şərtsiz azad olunmalarını istəyib. Bir erməninin istəyi isə sadəcə arzudan başqa bir şey deyil və cinayətkarlar Azərbaycan qanunları ilə ittiham olunub qanuni cəzalarını alacaqlar.  COP29 ərəfəsi Ermənistanın qarayaxma kampaniyasında əsas məqsəd isə tələsik Azərbaycanla sülh sazişini imzalamaqdır. Məsələ burasındadır ki, Azərbaycanın şərtlərini Ermənistan qəbul etmək istəmir və yarımçıq sülh müqaviləsi isə sadəcə imitasiya xarakteri daşıyacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*