Avropa İrana görə AYAĞA QALXDI – Nələr olacaq?backend

Avropa İrana görə AYAĞA QALXDI - Nələr olacaq?

Avropanın bir sıra ölkələri İranda dinc etirazçılara qarşı zorakılıq hallarına etiraz olaraq rəsmi Tehrana diplomatik kanallarla etirazlarını bildiriblər.

KONKRET.az xəbər verir ki, Böyük Britaniya, Fransa, İspaniya, Finlandiya və Niderlandın xarici işlər nazirlikləri İranın bu ölkələrdəki səfirlərini çağıraraq baş verən hadisələrlə bağlı narazılıqlarını ifadə ediblər.

Böyük Britaniyanın xarici işlər naziri Kuper İran hakimiyyətini zorakılığa son qoymağa çağıraraq Tehrana “dinc nümayişçilərə qarşı güc tətbiqinin dərhal dayandırılması” ilə bağlı ciddi xəbərdarlıq edib.

Niderlandın xarici işlər naziri van Veel isə bildirib ki, iranlı diplomat rəsmi şəkildə “həddindən artıq zorakılıq, kütləvi həbslər və internetin kəsilməsi” ilə bağlı etirazın çatdırılması üçün XİN-ə dəvət olunub. Onun sözlərinə görə, bu addım Avropa tərəfdaşları ilə koordinasiyalı şəkildə atılıb.

Finlandiya Xarici İşlər Nazirliyi açıqlamasında İran rejiminin interneti qəsdən söndürdüyünü vurğulayaraq, bunun “öldürmək və təzyiq göstərmək məqsədilə səssiz mühit yaratmaq” üçün edildiyini qeyd edib.

İspaniya isə İranda informasiya blokadasına, etirazçıların həbslərinə son qoyulmasını tələb edərək, dinc aksiyalara qarşı zorakılığın qəbuledilməz olduğunu bəyan edib.

Avropa ölkələrinin bu addımı İranda baş verən hadisələrlə bağlı beynəlxalq təzyiqlərin artdığını göstərir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*