Bu yolun asfalt örtüyü üç ay ərzində ikinci dəfə dağılıb – VİDEObackend

Bu yolun asfalt örtüyü üç ay ərzində ikinci dəfə dağılıb – VİDEO

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi, “Əhmədli” metrostansiyasının yaxınlığında yolun asfalt örtüyü 3 ay ərzində 2 ci dəfə çöküb.

KONKRET.az xəbər verir ki, yolun böyük hissəsi kələ-kötür, bəzi yerlərində çatlar, hətta çökmələr var.

Ərazinin yaxınlığındakı mağaza sahiblərinin sözlərinə görə, çökməyə səbəb yeraltı su borularındakı nasazlıqdır.

Vətəndaşlar vəziyyətin bu həddə olmağından narahatdırlar.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ünvanda bir neçə gün öncə içməli su xəttində qəza baş verib. Qəza aradan qaldırılaraq xəttin fəaliyyəti bərpa edilib, asfalt qatı da yaxın günlərdə vurulacaq.

KONKRET.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*